14/03/2023
Yazın gəlməsini simgələyən çərşənbələrdən sonuncusu Torpaq çərşənbəsidir.
Oyanan torpaq bütün xalqımıza ruzi-bərəkət gətirsin! 🌾. Bütün xalqımızı Torpaq çərşənbəsi münasibətilə təbrik edirik!
ANT Consulting olaraq peşakar səviyyədə işlərinizi görüb, biznesinizi yüksəltməyə hazırıq��
14/03/2023
Yazın gəlməsini simgələyən çərşənbələrdən sonuncusu Torpaq çərşənbəsidir.
Oyanan torpaq bütün xalqımıza ruzi-bərəkət gətirsin! 🌾. Bütün xalqımızı Torpaq çərşənbəsi münasibətilə təbrik edirik!
Yel çərşənbəsi baharın istiliyini evinə gətirsin 🌬️
Yel çərşənbən mübarək!🔥
28/02/2023
Bu gün baharın gəlişinin ikinci xəbərçisi - Od Çərşənbəsidir! Xalqımızı bu xoş gün münasibətilə ürəkdən təbrik edir, sağlamlıq, xoşbəxtlik və sülh içində isti bir həyat arzu edirik!
Od Çərşənbəniz mübarək! 🔥
26/02/2023
26 Fevral 1992-ci il Xocalı Soyqırımı🥀
Bu faciədən artıq 31 il ötür. Həyatını itirmiş faciə qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiram hissiylə yad edir, bu faciəni xalqımıza yaşadanları -Unutmarıq! Unutdurmarıq! 🥀
21/02/2023
📌Bu gün Novruzun ilk çərşənbəsidir.
Fevral ayının 21-i ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunacaq.💧💧💧
Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır. İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
🇦🇿
02/02/2023
Gəncləri, özünü gənc hiss edən hər kəsi "Gənclər günü" münasibəti ilə təbrik edir, sizə hər zaman sağlam, dinamik bir həyat arzu edirik! 💚
20/01/2023
1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biridir. Odur ki, bu tarixdə faciə zamanı dünyasını dəyişən şəhidlərimizi hər zaman şərəflə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🎗🥀
31/12/2022
Əziz izləyicilər, əziz muştərilərimiz,Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə sizi təbrik edirik! Bu gün birlik olmaq vaxtıdır. Biz azərbaycanlılar hər zaman birik, birgəyik. Bayramınız mübarək! 🇦🇿🎄💫
17/11/2022
🇦🇿 Biz azadlıq üçün ayağa qalxmış xalqın nümayəndəsiyik! Biz azadlıq üçün canından keçən, azadlığını canı bahasına qoruyan xalqın üzvləriyik. Hər birinizi Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!
12/11/2022
Hər kəsi 12 Noyabr - Konstitusiya Günü münasibətilə təbrik edir, ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarını təmin edən dövlət atributunun firavan həyat üçün yaratdığı imkanlardan istifadə edərək, doğma vətənimizin davamlı inkişafı naminə işlərinizdə müvəffəqiyyətlər arzulayırıq! 🇦🇿
09/11/2022
9 noyabr azadlığımızın, müstəqilliyimizin rəmzi, mübarizəmizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür.
Üçrəngli müqəddəs bayrağımız- qalib xalqımızın əbədi qürur mənbəyi, yenilməzlik, qeyrət və dəyanət simvolu!
Xalqımızı Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, qürur mənbəyimiz olan bayrağımızın sabit və firavan Azərbaycan üzərində daim dalğalanmasını arzulayırıq!
🇦🇿 🇦🇿
08/11/2022
“Azadlıq tarixin itməyən tək dəyəridir.”
2 il öncə bu gün zəfər xəbərini aldıq, 8 noyabr tarixini zəfər vaxtı elan etdik. Bizə bu günü yaşadan şanlı ordumuza və şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza minnətdarıq!
Zəfərin mübarək, Azərbaycan!
🇦🇿