14/04/2025
C&S Group MMC “Mühasib təcrübəçi” vakansiyasını açıq elan edir:
Tələblər:
- İqtisad Universitetinin məzunlarına və ya magistratura pilləsi üzrə təhsil alan tələbələrə üstünlük verilir;
- Mühasibatlıq üzrə təlimlərdə iştirakı arzuolunandır;
- Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı;
- İşləri operativ şəkildə təhlil bacarığı;
- Peşəsinə yüksək motivasiya ilə yanaşma;
- Fərdi və komanda da işləmə bacarığı;
- Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
- Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti;
- Azərbaycan dili əla səviyyədə, ingilis dili və rus dili arzuolunandır;
- Yaş həddi: 22-30.
İş şərtləri:
- AR Əmək Qanunvericiliyinə əsasən minimum əmək haqqı ilə sənədləşmə;
- Təcrübə proqramı ödənişlidir (şirkət tərəfindən təcrübəçiyə ödəniş olunur);
- İş qrafiki: bazar ertəsi - cümə (09:00-18:00), nahar 13:00-14:00;
- Şirkət fəaliyyəti; mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər üzrə konsaltinq;
- Ünvan: Səbail ray., Zərifə Əliyeva 111, Yeni Hayat Plaza;
- Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan təcrübəçilər şirkətimizdə işlə təmin olunma şansı qazanacaq.
Maraqlanan əməkdaşlardan cv-lərini “Təcrübəçi” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.
20/03/2025
Hörmətli həmkarlar, dəyərli dostlar və sadiq izləyicilərimiz!
Sizi Novruz bayramı münasibətilə təbrik edirik! Bu əziz bayram günlərində sizə və əzizlərinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzu edirik! İşləriniz uğurlu olsun!🌸
18/03/2025
Torpaq çərşənbəsi ilə Novruz çərşənbələri geridə qalır. Ən gözəl bayramımız - Novruz gəlir!
11/03/2025
Yel Çərşənbəsi ilə Novruza bir addım daha yaxınlaşırıq. Bayramınız mübarək!🌸
08/03/2025
Əziz xanımlar! Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizləri təbrik edirik! Sevgi, xoşbəxtlik və dəyər görəcəyiniz bir ömür diləyirik!💐
04/03/2025
Od – həyatın, istiliyin və ümidin rəmzidir. Qoy bu müqəddəs gün hər evə sevinc, hər ürəyə istilik gətirsin!🔥
26/02/2025
Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir. Soyqırım qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik!🥀
25/02/2025
Bu gün Azərbaycanda baharın ilk müjdəçisi - Su çərşənbəsi qeyd olunur. Qoy Su çərşənbəsi ölkəmizə və xalqımıza su kimi pak və təravətli günlər bəxş etsin!
19/01/2025
20 Yanvar – azadlıq uğrunda canını fəda edən qəhrəmanlarımızın anım günüdür. Bu gün, həm ağrı, həm də qürur tariximizdir. Şəhidlərimizin xatirəsi əbədi olaraq ürəklərimizdə yaşayacaq🥀
24/12/2024
Bu gün Cənab Prezident İlham Əliyevin doğum günüdür!
İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ölkəmizin inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlər üçün təşəkkür edirik!
08/11/2024
Şanlı günün mübarək, Azərbaycan!🇦🇿