Mühasibat Uçotu,Vergilər

Mühasibat Uçotu,Vergilər

Share

Mühasibat,Vergi,Audit

12/03/2025

⚠️Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
📍Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;
📍Təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;
📍Təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.

11/03/2025

⚠️Səyyar vergi yoxlaması⚠️

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər.
Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər:
📍 Nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda;
📍Səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda.

09/03/2025

Azərbaycan qanunvericiliyinə əsasən,törəmə maliyyə alətlərinə fyuçers, opsion və svop aiddirlər.
📍Fyuçers müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur. Fyuçers fond bazarında sövdələşmə obyekti olan ikinci dərəcəli qiymətli kağızdır.
Fyuçersin əsas baza aktivləri buğda, qiymətli və rəngli metallar, neft və neft məhsullarıdır.

📍Opsion müqaviləsi tərəflərinə alternativ seçim təqdim edən alətdir. Bu seçim şərtsiz olaraq müqavilə tərəflərinin birinə məxsus olur və digər kontragentin iradəsindən asılı deyildir. Məhz bu seçim imkanı üçün tərəflərdən biri digərinə opsion mükafatı (option premium) ödəyir. Yəni ödəyən şəxs seçim hüququnu (opsionu) əldə edir.

📍Svop mübadilə əməliyyatıdır.Qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur.

Hədəfli maliyyə sanksiyaları – Online mühasib 21/02/2025

⚠️Hədəfli maliyyə sanksiyaları⚠️

Hədəfli maliyyə sanksiyaları – Online mühasib Fev 21 2025 0 İlkin olaraq “Hədəfli maliyyə sanksiyaları nədir?” sualına cavab tapaq.Hədəfli maliyyə sanksiyaları,sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı yolla aktivlərdən faydalanmasının qarşısının alınmasına yönələn qadağa...

31/12/2024

Əziz dostlar,hər birinizə Yeni İlin uğurlu olmasını arzulayırıq🌲🎅🏻

21/12/2024

⚠️Qanunvericiliyə nəzərdə tutulan dəyişikliyə əsasən, ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq təsdiqedici sənəd əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının 2025-ci il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur❗️

19/12/2024

📍Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
📍Ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
📍Birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.

29/11/2024

✅Verginin hesablandığının səhv olduğunu sübut etmək kimin vəzifəsidir?

❗️vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda vergi orqanının üzərinə düşür.
❗️vergi orqanının hesablamalarının səhv olduğunu sübüt etmək Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin üzərinə düşür.

📍Əsaslandırma: Vergi Məcəlləsinin 94.0.1-ci və 94.0.2-ci maddələri⚠️

Want your business to be the top-listed Accountant in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00