İATM Audit and Consulting

İATM Audit and Consulting

Share

“İATM Konsaltinq” 2009-cu ildən mühasibatlıq xidmətləri göstərən konsaltinq şirkətidir.

09/04/2026

❇️ Vergi Məcəlləsinə əsasən, əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır.

🔻 Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti - mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, vergidən azaddır. Amma mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi mənfəət vergisinə cəlb edilir.

🌐 iatmkonsaltinq.az
📧 [email protected]
📞 ‪‪+99477 414 13 03‬‬ (aktiv whatsapp-lı)

03/04/2026

❇️ Bildiyimiz kimi 1 yanvar 2026-cı il tarixdən Vergi Məcəlləsi, Sosial sığorta haqqında Qanun və İcbari Tibbi sığorta haqqında qanunlara edilmiş dəyişiklikdən sonra əməkhaqqından tutulmalar və sığortaedən tərəfindən ödənişlər üçün hesablama qaydaları dəyişdirilmişdir.

Bloqun davamını saytımıza keçid edərək oxuya bilərsiniz!

❇️ Həmçinin bloqumuza daxil olaraq neft və qeyri-neft sektoru üçün hesablama cədvəllərini əldə edə bilərsiniz!

🌐 iatmkonsaltinq.az
📧 [email protected]
📞 ‪‪+99477 414 13 03‬‬ (aktiv whatsapp-lı)

31/03/2026

🥀 1918-ci ildə xalqımıza qarşı törədilən amansız soyqırımı qurbanlarını rəhmətlə yad edirik.

26/03/2026

❇️ "Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

🔻 Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi ” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz!

🌐 iatmkonsaltinq.az
📧 [email protected]
📞 ‪+99477 414 13 03‬ (aktiv whatsapp-lı)

20/03/2026

Ramazan bayramınız mübarək 🤲🏻

Bu müqəddəs bayramın rəhməti və bərəkəti qəlblərinizi nurlandırsın!

18/03/2026

✨ İATM Konsaltinqlə əməkdaşlıq sizi digər sahibkarlardan fərqləndirəcək!

Belə ki, professional şəkildə göstərdiyimiz:

- Mühasibatlıq xidməti;
- Audit xidməti;
- HR xidməti;
- Sətəm xidməti;
- Hüquqi xidmət və digər xidmətlər sizi daim bir addım öndə aparacaq.

Elə isə bizimlə əməkdaşlığa elə indi başlayın, fərqi özünüz hiss edin!

🌐 iatmkonsaltinq.az
📧 [email protected]
📞 ‪+99477 414 13 03‬ (aktiv whatsapp-lı)

07/03/2026

❇️ Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.

🔻 2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub.

🔻 Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb.

🔻 İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.

Biz əməkdaşlıq etdiyimiz müəssisələrdə çalışan işçilərin əməkhaqqından sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarını tutub dövlət büdcəsinə ödəyirik.

🌐 iatmkonsaltinq.az
📧 [email protected]
📞 ‪‪+99477 414 13 03‬‬ (aktiv whatsapp-lı)

Photos from İATM Audit and Consulting's post 03/03/2026

✨ İATM Konsaltinq olaraq İATM Forum 2026-ın təşkilatçısı olmaqdan qürur duyuruq!

Forum çərçivəsində maliyyə və mühasibatlıq sahəsi üzrə geniş müzakirələr aparıldı!

Auditorumuz İlkin Lələyev forumda spiker kimi çıxış etdi və peşəkar təcrübəsini iştirakçılarla bölüşdü.

Tədbirdə iştirak edən mütəxəssis və iştirakçılara sertifikat təqdim edildi.

Mühasibatlığın inkişafına töhvə vermək üçün növbəti illərdə də keçiriləcək Forumlara dəstək olmağa hazırıq!

27/02/2026

❇️ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114 -cü maddəsinin müddəalarına uyğun olaraq, gəlirdən çıxılır. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır.

🔻 Əlavə olaraq, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlərin kateqoriyaları üzrə azalan qalıq dəyəri metodu ilə amortizasiya ayırmaları Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır.

2025-ci il üzrə tərəfimizdən şirkətimizin xidmət göstərdiyi müəssisələrdə əsas vəsaitlərin nəqliyyat vasitəsi, yüksək texnologiyalar, digər əsas vəsaitlər və s. kategoriyaları üzrə Vergi Məcəlləsinin müvafiq maddələrinə uyğun amortizasiya hesablamaları aparılmış, xərclərə daxil edilmişdir.

🌐 iatmkonsaltinq.az
📧 [email protected]
📞 ‪+99477 414 13 03‬ (aktiv whatsapp-lı)

26/02/2026

🥀 Xocalı soyqırımı xalqımızın qəlbində dərin iz buraxmış unudulmaz bir faciədir.

Bu günü sükut və ehtiramla anaraq şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Want your business to be the top-listed Accountant in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Yasamal Rayonu, İ. Qutqaşınlı Küçəsi, 80
Baku
AZ1141