27/05/2026
28 May Müstəqillik Günü münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edirik! 🇦🇿
1918-ci ildən başlanan müstəqillik tariximizin davamlı və əbədi olmasını diləyirik! Dövlətimizə tərəqqi, xalqımıza firavanlıq və əmin-amanlıq arzulayırıq!
26/05/2026
Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə hər birinizi təbrik edirik!
Bu müqəddəs bayramda dualarınız qəbul, niyyətləriniz xeyirli olsun. Allah hər evə bərəkət, sevgi, ruzi və sağlamlıq bəxş etsin!
18/05/2026
🔹İATM və PSC GROUP şirkətinin birgə təşkil etdiyi "Hazır Mühasib" layihəsi artıq yekunlaşmışdır.
Layihə zamanı iştirakçılar 4 ay müddətində⤵️
▪️Maliyyə uçotu və Rəsmi mühasibatlıq;
▪️Vergi uçotu;
▪️Vergi bəyannamələrinin hazırlanması;
▪️Kadr uçotu;
▪️Peşəkar karyera məsləhətləri;
▪️1 C proqram təminatı istiqamətləri üzrə ümumilikdə 600 saatlıq təlim və təcrübə keçmişdir.
🔹Qeyd edək ki, təşkilatçılar layihə iştirakçılarını PSC GROUP və digər müxtəlif şirkətlərdə işlə təmin etmişdir.
⚠️ Bizi izləməyə davam edin. Çünki bu tipli layihələr mərhələli şəkildə yenidən təşkil olunacaq və bununla bağlı sosial media hesablarımızda məlumatlar paylaşılacaqdır.
31/03/2026
31 mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən qanlı və ağrılı səhifələrindən biridir. 1918-ci ildə törədilən bu amansız qətliam xalqımızın yaddaşında silinməz izlər buraxıb. Günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
20/03/2026
💚Baharın gəlişi həyatınıza yeni ümidlər, sevinc və bolluq gətirsin! Süfrəniz ruzili, qəlbiniz sevgi və xoşbəxtliklə dolu olsun. Yeni gün sizə sağlamlıq, uğur və xoş günlər bəxş etsin!
Novruz Bayramınız Mübarək! 🌿
20/03/2026
🌙Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, tutduğunuz orucların və etdiyiniz duaların qəbul olmasını arzulayırıq.
✨Bu mübarək günlərin ailənizə xoşbəxtlik, qəlbinizə sevinc və süfrənizə bol ruzi gətirməsini diləyirik.
07/03/2026
🌸Əziz xanımlar, Siz cəmiyyətin inkişafında, ailələrin xoşbəxtliyində və uğurların arxasında dayanan böyük qüvvəsiniz.
💙Həyatın hər sahəsində öz zəhməti, qayğısı və sevgisi ilə dünyanı daha da gözəlləşdirən bütün xanımları təbrik edirik.